7 Ağustos 2010 Cumartesi

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi İranın təməl siyasətinə çevrilmiş Azərbaycana qarşı edilən təhqiri şiddətlə qınayır, Həmçinin aksiyaçılara qarşı edilən zorakılığı məhkum edərək, tutulanların qeyd-şərtsiz dərhal azadlığını tələb edir.

GünAzTv: Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Bəyanat yayaraq, İran İslam Respublikasının rəsmi telekanalında Azərbaycan türk millətinə qarşı səsləndirilən təhqiri məhkum edib.

Bəyanatın bir hissəsində deyilir: “ Təbrizin futbol komandası “Traxtur”la “Piruzi” taxımı arasında keçiriləm müsabiqə zamanı Azərbaycan türk millətinə olan təhqir, bu təhqirin İranın rəsmi Telekanalında yaımlanması və “Traxtur” tərəfdarlarının müsabiqəni izləmə hüququndan məhrum edilməsi, 2010-cu il avqust ayının birində (mordadın 10-u) minlərlə soydaşımızın etirazına səbəb oldu. Təbriz şəhərində keçirilən dinc aksiyada Azərbaycanı təhqir edənlərə qarşı şüarlar səsləndirildi. Təssüflə nümayiş zaman aksiyaçılar polis tərəfindən hücuma məruz qalıb, bir çoxu döyülüb, yaralanıb və onlarla soydaşımız tutuqlandılar.


Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi İranın təməl siyasətinə çevrilmiş Azərbaycana qarşı edilən təhqiri şiddətlə qınayır, Həmçinin aksiyaçılara qarşı edilən zorakılığı məhkum edərək, tutulanların qeyd-şərtsiz dərhal azadlığını tələb edir.


Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bütün azad insanları və demokrat qüvvələri irqçıların tərəfindən edilən təhqiri məhkum etməyə və buna qarşı laqeyd qalmamağa çağırır.”
www.GunAz.Tv

06-Avqust-2010, 13:21

Hiç yorum yok:

Yorum Gönder