19 Temmuz 2010 Pazartesi

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin bəyanatı

BMT-nin İran üzrə xüsusi nümayəndəsinin 2002-ci ildə verdiyi hesabata əsasən, İranda əhalinin ümumi sayının təxminən 40%-nı təşkil edən 30 milyon azərbaycan türkü yaşayır. İran İslam Respublikası adı altında təmsil olunan bugunki siyasi rejim, öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinə qarşı assimiliyasiya siyasəti aparır, onların milli-mədəni və insani hüquqlarını pozur.
Azərbaycan türkləri milli mənsubiyyət, irq, dil və siyasi baxışlarına görə ayrıseçkiliyə məruz qalırlar. Beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş sərbəst toplaşma azadlığı hüququndan istifadə edərək, aparılan ayrıseçkilik siyasətinə etiraz edən hər bir azərbaycanlı rejimin hərbi və təhlükəsizlik orqanları tərəfindən basqılara və həbslərə məruz qalırlar.
Milli-mədəni fəallara qarşı irəli sürülən ittihamların xarakteri və əsasları Təhlükəsizlik orqanının onlar haqqında məhkəməyə verdiyi saxta məlumatlarla müəyyənləşir. Əksər hallarda bu insanlar vəkillə təmin olunmaq hüququndan da məhrum edilirlər.
Onlar əsassız olaraq hakimiyyət əleyhinə təbliğat  aparmaq, hakimiyyətə qarşı şüarlar səsləndirmək,  xaricdə fəaliyyət göstərən Azərbaycan təşkilatları ilə əlaqələr qurmaq, xarici qüvvələrlə əməkdaşlıq etmək və s. ittihamlarla uzunmüddətli həbslərə, qeyri-insani cəzalara və ləyaqəti alçaldan rəftarlara məruz qalırlar.
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta görə azadlıqdan məhrum edilmiş bütün şəxslər insan şəxsiyyətinə xas olan humanist rəftar və ləyaqətə,  hörmət edilməsi hüququna malik olsalar da, azadlıqdan məhrum olmuş milli-mədəni fəalların bu hüquqları da kobud şəkildə pozulur.
Son aylarda Güney Azərbaycanda milli-mədəni fəallara qarşı növbəti silsilə həbslər həyata keçirilir. Həbs olunan şəxslərin harada və hansı şəraitdə saxlanmaları haqqında ailələrinə heç bir məlumat verilmir. Haqlarında həbs cəzası çıxarılan milli-mədəni fəalların məhkəmələri qapalı keçirilir.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi İran İslam cumhuriyyəti adlı rasist və diktator  rejimin millətimizi milli və insani hüquqlardan mərum etməsini məhkum edir. GAMAC heç kəsin işgəncəyə, qeyri-insani cəza növlərinə məruz qalmamalı olduğunu bəyan edən müxtəlif  beynəlxalq sənədlərə,  Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə istinad edərək, fəallara qarşı tətbiq olunan həbslərə və işgəncələrə son qoyulmasını tələb edir.  Həmçinin, GAMAC  onların  qeyri-şərtsiz azadlığa buraxılması üçün beynəlxalq təşkilatların təxirəsalınmaz müdaxiləsini vacib hesab edərək,  milli mənsubiyyət, irq, dil və siyasi baxışlarına görə ayrıseçkiliyə məruz qalmış azərbaycanlıların milli, siyasi, mədəni hüquqlarının bərpasına dəstək verilməsini zəruri bilir.


Son aylarda həbs olunan azərbaycanlı milli-mədəni fəalların adları:

  1. Səid Mətinpur
  2. Əli Bikəs
  3. Ebrahim Rəşidi (Savalan)
  4. Əlirza Hüseynzadə
  5. Əli Əbbasi
  6. Şükrullah Qəhrəmaini Fərd
  7. Ayət Mehrəlibəyli
  8. Mahmud Fəzli
  9. Akbər Azad
  10. Hamide Fərəczade
  11. Zəhra Fərəczade
  12. Dr. Əlirza Əbdullahi
  13. Şəhram Radmehr
  14. Dr. Lətif Həsəni
  15. Behbud Qulizade
  16. Heydər Kərimi
  17. Yunes Suleymani
  18. Səid Bidoxt
  19. Nəim Əhmədi Xiyavi
  20. Huseyn Nəsiri
  21. Heydər Kərimi
  22. Rəhim Qolami
  23. Behruz Əlizade
  24. Aydin Xacei
  25. Nəim Əhmədi
  26. Reza Əbdi
  27. Firuz Yusefi
  28. Bəhmən Nəsirzade
  29. Əhməd Aqayi

Həmçinin, jurnalist Əlirza Sərrafi, Həsən Raşidi, Mehdi Nəimi və Səid Muganlı 22/6/2010 tarixdə Tehranda Ettelaat idarəsinə çagrılaraq, onlara bildirilib ki, bir sıra suallara cavab vermək üçün Evin zindanına gəlməlidirlər.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi                                             27.06.2010

Hiç yorum yok:

Yorum Gönder