7 Haziran 2010 Pazartesi

Sadiq İsabəyli: "Anbarın divarlarından su sızması qeydə alınıb"

Xudafərin su anbarı dağıla bilər

"Alman mütəxəssislər məsələylə bağlı İran rəsmilərini xəbərdar ediblər"

Turqut

Xudafərin su anbarının divarlarından su sızır və hər an bəndin dağılma ehtimalı var. Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSAM) eksperti Sadiq İsabəylinin "Xalq Cəbhəsi" qəzetinə verdiyi məlumata görə,
Almaniyadan gələn mütəxəssislər əraziyə baxış keçiriblər və bununla bağlı İran rəhbərliyinə xəbərdarlıq ediblər: "Əgər Xudafərin su anbarı dağılarsa, ərazidə olan iki tarixi körpü (Quzeylə Güney Azərbaycanı birləşdirən Xudafərin körpüləri), Larcan və Baş Larcan körpüləri və onlarla kənd (Həmdəmli, Sərli, Kattalı, Qulubəyli, Cəfərqulu uşağı, Elqulbəyli, Güngörməz, Hulak(xələf)bəyli), eyni zamanda Aslanduz və Muğan şəhərləri tamamilə su altında qala bilər. Hətta su anbarının dağılacağı təqdirdə Aslandüz şəhərini 20 dəqiqə ərzində selin aparacağı təxmin edilir. Bundan əlavə, Quzey Azərbaycanın da bir neçə rayonu su altında qalacaq. Fars şovinist rejimi isə təhlükənin qarşısını almaq üçün heç bir qabaqlayıcı tədbir görmür". Qeyd edək ki, Xudafərin su anbarının tikintisi 2009-cu ildə başa çatıb.

Hiç yorum yok:

Yorum Gönder