12 Haziran 2010 Cumartesi

Bruksel toplantısında yeni yaradılacaq qurum üçün təklif olunan adlar:









Güney Azərbaycan Koordinasiya Şurası

Güney Azərbaycan Milli Birlik təşkilatı

Güney Azərbaycan Milli-Demokratik Alyansı

Güney Azərbaycan Milli-Demokratik Koalisiyası

Azərbaycan Dialoq Formu

Güney Azərbaycan Milli Azadlıq Hərəkatı Cəbhəsi


                                           Ü M U M İ L A Y İ H Ə

G İ R İ Ş
Güney Azərbaycan milli azadlıq hərəkatında ortaq prinsiplər əsasında birgə fəaliyyət zərurətindən irəli gələrək,12 dekabr 2009-cu tarixdə Amsterdam toplantısı keçirildi. Tarixi Amsterdam toplantısında milli qüvvə və təşkilatların qəbul etdikləri 12 maddəlik bəyaniyə bütövlükdə Güney Azərbaycan milli hərəkatının sistemli fəaliyyət istiqamətini müəyyənləşdirdi. Bruksel toplantısında iştirak edən milli qüvvələrin dəstəyi ilə bu istiqamətdə aparılan fəaliyyət Güney Azərbaycanın ümummilli problemlərinin uluslararası məkanda gündəmə gətirilməsi və həlli, xaricdə milli hərəkatın geniş əhatəli sistemli inkişafa yol açması, azərbaycan siyasi toplumunun dünyaya tanıtdırılması baxımından olduqca önəmlidir. Hazırki mərhələdə Bruksel toplantısı Güney Azərbaycanın milli mənafeyi uğrunda aparılan mübarizədə bütün milli qüvvələrin davamlı işbirliyi mexanizmini təşkilat formasında reallaşdırmaqla yanaşı, həm də milli hərəkatın vahid milli siyasi platforma altında birgə fəaliyyətinə müsbət cavab verən və bu istiqamətdə atılan konkret addımdır.

Qurumun əsas prinsiplər:

1. Qurum 12 müddəadan ibarət Amsterdam bəyaniyəsini özündə ehtiva edən prinsiplərə əsaslanan və Güney Azərbaycanın ümummilli maraqlarına dayanaraq fəaliyyət göstərən milli-siyasi qurumdur.

2. Qurum Güney Azərbaycanda gedən milli azadlıq hərəkatının dəstəklənməsi, Güney Azərbaycanın ərazi bütövlüyünə qarşı fars rasist rejiminin apardığı təxribatyönlü siyasətin ifşa edilməsi, millətimizin pozulmuş milli, siyasi, iqtisadi və mədəni hüquqlarının müdafiəsi və Güney Azərbaycan probleminin beynəlxalq səviyyədə gündəmə gətirilməsi istiqamətində iş aparır.

Qurumun fəaliyyət istiqamətləri :

3. Güney Azərbaycanda insan haqları, ana dili hüququnun beynəlxalq insan haqları konvensiyalarına əsasən təmin olunması istiqamətində fəaliyyət göstərmək, iqtisadi ayrıseçkiliyə, ətraf mühit, milli sərvətlər və milli-mədəni irsimizin məhvinə yönələn siyasətə qarşı mübarizə aparmaq;

4. Güney Azərbaycandakı mövcud problemlər, orada gedən milli mübarizə haqqında müxtəlif dillərdə dünya ictimaiyyətini məlumatlandırmaq, bu istiqamətdə beynəlxalq əlaqələr yaratmaq və lobbiçilik fəaliyyəti qurmaq;

5. Milli kütləvi informasiya vasitələrini təşkil etmək;

6. Milli hərəkat qüvvələri arasında sağlam mühitin formalaşdırılmasına yardım etmək, milli-siyasi qurum və təşkilatların daxili fəaliyyətinə müdaxilə etmədən qarşılıqlı hörmət əsasında onlarla əməkdaşlıq münasibətlərinin davamlı inkişaf etdirilməsi məqsədilə tədbirlər keçirmək və bu mövzuda qurumun iclaslarında rapor vermək;

7. Güney Azərbaycan məsələsini aktual saxlamaq məqsədilə elmi-nəzəri konfranslar, İmzatoplama kompaniyaları, piket və mitinqlər təşkil etmək;

8. Əhəmiyyətli milli və tarixi günlərlə bağlı bəyanatlar vermək.

Qurumun idarəetmə orqanları və onların səlahiyyətləri:

9. Qurumun idarəetmə orqanları aşağıdakılardır:

Qurultay, idarə heyəti, sədr, mətbuat sorumlusu, katib.

(İdarə heyəti sözü Koordinasiya mərkəzi və ya Mərkəzi şura ilə əvəz oluna bilər).

Qurultay

10. Qurultay ildə bir dəfə və şəraitdən asılı olaraq altı ay, ən geci iyirmi dörd ay fasilə ilə çağırılır.

11. Qurultay illik fəaliyyətlərin hesabatını alır və növbəti fəaliyyət dövrü üçün yeni iş planı qəbul edir.

12. Qurultay açıq səsvermə yolu ilə 9, 11... nəfərdən ibarət idarə heyətini seçir.

13. Qurultay bəyanat və qətnamə qəbul edir.

14. Lazım gəldikdə idarə heyəti üzvlərinin üçdə ikisinin (2/3) səsi ilə fövqəladə iclas çağrılır.

İdarə heyəti

15. İdarə heyəti qurultaydan qurultaya seçilir.

16. İdarə heyəti öz üzvləri arasından sədr (hər 3, 6..aydan bir əvəz olunmaqla), mətbuat sorumlusu, katib və lazım gələn digər məsulları seçir.

17. Katib İdarə heyətinin katibi və qurumun daxili əlaqələr məsuludur.

18. Hər bir İdarə heyəti üzvü təklif vermə hüququna malikdir.

19. İdarə heyəti üç qaydada qərar çıxarır: iclas, iclaslararası e-mail və tapşırıq əsasında.

20. İclas: İclasda qərarlar iştirak edən İdarə heyəti üzvlərinin sayının üçdə ikisinin lehinə səsi ilə qəbul edilir.

21. İclaslararası e-mail vasitəsilə: İdarə heyəti üzvlərinin e-mail adreslərinə daxul olmuş təkliflərin müzakirəsində iştirak etmək istəyən İdarə heyəti üzvləri təklifin yayılmasından ən geci üç gün (72 saat) müddətinə fikir bildirdikləri halda aparılacaq müzakirənin aktiv tərəfləri hesab olunurlar. Təkliflə bağlı lehinə və ya əleyhinə fikirllərini aktiv tərəflər təklifin yayılmasından bir həfdə ərzində bəlli etməlidirlər. Əks halda aktiv tərəfin statusu itirilmiş sayılır.

22. E-mail vasitəsilə iclasda iştirak edən aktiv tərəflərin üçdə iki səs çoxluğu ilə (ən azı 3,4.. lehinə səslə) qərar qəbul olunur.

23. Tapşırıq: İdarə heyəti yuxarıdakı iki metoddan biri ilə konkret məsələlər haqqında qərar qəbul edir, çıxarılan qərarın icrasını bir fərd, bir komissiya və ya işçi qrupuna həvalə edir. Fərd və ya komissiyanın yerinə yetirdiyi tapşırıq İdarə heyətinin təsdiqindən sonra həyata keçirilir.

24. Sənədləşmə: İdarə heyətinin qəbul etdiyi qərarlar sənədləşmədiyi halda etibarsız sayılır. Sənədləşmə üçün İdarə heyətinin katibi alınan qərarları aşağıdakı qaydada intrant və ya e-mail vasitəsilə üzvlərə göndərir.

- təklif verən şəxsin adı, iclasda iştirak edənlərin və ya aktiv tərəflərin adları;

- lehinə, əleyhinə və birtərəf səslərin sayı və adları;

- təklifin qəbul edilməsi və ya edilməməsi, göndərilmə tarixi.

25. Qurumun daxilində bütün üzvlərin qurumdaxili proseslərdən məlumatlanma hüququ var.

26. Qurum demokratik ölkələrin hər hansı birində rəsmi qeydiyyatdan keçir və onun fəaliyyəti həmin ölkənin qanunvericiliyində nəzərdə tutulmuş prinsiplərə əsasən leqal və şəffafdır.

Qurumun maliyyə fondu

27. Qurumun maliyyə fondu Güney Azərbaycan milli hərəkat fəalları, həmçinin milli hərəkatı müdafiə edən qurum və şəxslərin açıq yardımı ilə yaradılır.

Qeyd: Amsterdam bəyaniyəsi Bruksel toplantısının yekun sənədlərinə əlavə olunur.


08.06.2010

Hiç yorum yok:

Yorum Gönder