28 Ağustos 2010 Cumartesi

BMT-NİN İRQİ AYRISEÇKİLİK ÜZRƏ KOMİSSİYASI İRANDA İRQÇİLİYƏ SON QOYULMASINI TƏLƏB EDİR.



27 avqust 2010 tarixdə BMT-nın İnsan haqları və İrqi ayrıseçkilik üzrə  Komissiyalarının  İranla baglı hesabatı açıqlandı. Hesabatda  İrandan , orada yaşayan milli etniklərin, o cümlədən azərbaycan, ərəb, bəluc və b. millətlərin haqlarının müdafiə olunması tələb olunur.  18 müstəqil hüquq müdafiəçisindən ibarət olan BMT-nin İrqi ayrıseçkilik üzrə Komissiyasının  verdiyi raportda göstərilir ki, 2007-ci ildə İranda əhalinin sayı üzrə aparılan  statistik məlumatda  orada yaşayan milli etniklərin sayı,  müxtəlifliyi qeyd olunmayıb və bu,  ictimai fəaliyyətdə onların rolunun   gözlənilən səviyyədə olmadığını göstərir.  Həmçinin, Komissiyanın  hesabatında İranda yaşayan milli etniklərin  siyasi, mədəni , ictimai və iqtisadi haqlarının pozulması  narahatlıq doğuran durum kimi dəyərləndirilir.   Komissiyanın hesabatında İran kütləvi informasiya vasitələrində azərbaycanlıların  “mənfi  stereotip”  obrazda göstərilərək  daha çox təhqirlərə məruz qalmaları qeyd olunur və bildirilir ki,  milli etniklərin  siyasi, iqtisadi, sosial və mədəni  hüquqları məhdudiyyətlərlə  üzləşir.
BMT-nin İrqi ayrıseçkilik üzrə Komissiyası İrandan  1969-cu ildə çıxarılmış Beynəlxalq İrqçiliyə qarşı Mübarizə Müqaviləsinə qoşulmağı ,  Milli Müstəqil  İnsan Hüquqları  Təşkilatı  yaratmağı  və yeni yaradılacaq təşkilatın  fəaliyyəti ilə baglı 2013-cü ilə qədər  hesabat  verməyi tələb edib.  

AZƏRBAYCAN STRATEJİ ARAŞDIRMALAR  MƏRKƏZİNIN EKSPERTI                                           SADİQ İSABƏYLİ
                                                                                                                                                                                      27.08.2010

Hiç yorum yok:

Yorum Gönder