Əzəli və əbədi Azərbaycan Türk torpaqlarında dövlət quran erməni daşnaqları Türk millətinə, xüsusəndə Azərbaycan Türklərinə qarşı saysız-hesabsız soyqrımlar törədiblər və bugündə törətməkdə davam edirlər. Daşnaqların törətdikləri soyqırımlardan birdə 1918-ci il soyqrımıdı ki, bu faciəni Azərbaycanın həm Quzeyində, həm də Güneyində xüsusi amansızlıqla törətmişdilər. Quzeydə baş vermiş faciədən az da olsa hamının məlumatı var. Bu yazıda isə Güneydə baş vermiş soyqrımdan danışacağıq.
Güneydə törətmiş olduqları faciədə daşnaqlar tək olmayıblar.Onlar bu faciələri asurilərlə (cilolarla) birləşərək həyata keçiriblər. Soyqrım əsasən Güneyin Azərbaycanın qərbində Urmu, Səlmas, Köhnəşəhər, Sulduz, Xoy və başqa şəhərlərdə törədilmişdi. Güney Azərbaycanın yalnız Urmu şəhəri və çevrəsində 200 min və toplum 300 min Azərbaycan Türkünün ölümü ilə nəticələnən bu dəhşətli faciənin senarisini İngiltərə başda olmaqla Rusiya, Amerika, Fransa tərəfindən yazılmışdı. Bu faciə əsasən Urmu bölgəsində baş verdiyinə görə tarixə Urmu soyqrımı və ya Ciloluq faciəsi kimi daxil olub. Urmu soyqırımı 159 gün davam etmişdir, cümə günü 22 fevral 1918-ci ildə (3 isfənd 1296) başlamış və çərşənbə günü 1 avqust 1918-ci ildə (8 murdad 1297) Türk ordusunun zəfərlə şəhərə gəlməsi və qan içən Erməni-Asuri quduzlarının yenilib qaçmasilə sona çatmışdır
Urmu Azərbaycan Türklərinin ən qədim yaşayış məskəni olmuş və burada həmişə Azərbaycan Türkləri çoxluq təşkil etmişdilər. Amma bununla belə burada erməni, asuri (cilo) kimi milli azlıqlarda yaşamışdılar. XVІ-XVІІ əsrlərdən isə kürdlər Urmu vilayətinə köçürülərək bu torpaqlarda yerləşiblər. Xüsusəndə Rza xanın hakimiyyətə gəlməsindən sonra bu köçürmə siyasəti daha da sürətlənib.
1917-1918 ci illərdə Urmu vilayətinin 300 min əhalisi olmuşdu. Əhalinin əksəriyyətini Azərbaycan Türkləri təşkil etmişdilər,onlar şəhərdə və 699 kəndə yaşamışdılar. ХІX əsrin 30-cu illərindən başlayaraq amerika və avropa minisionerləri Güney Azərbaycana gəliblər. Onlar Urmu və Səlmasda yaşayan xristian asuri (cilo) və ermənilər arasında sözdə öz məzhəblərini təbliğ etmək, əslində isə müstəmləkəçilik məqsədi ilə bu bölgəyə gəlmişdilər.Onlar asuri (cilo) və ermənilərlə apardıqları təbiğatla bu bölgənin əzəli və əbədi sakinləri olan Azərbaycan Türk millətinə qarşı onlarda onsuzda mövcud olan nifrəti daha da alovlandırmışdılar. Birinci Dünya savaşında erməni və asurilər (cilolar) öz havadarlarına güvənərək Osmanlı dövlətinə qarşı savaşa girmişdilər və onların göstərişi ilə Güney Azərbaycanın qərb bölgəsində etnik təmizləmə siyasəti aparmışdılar.
1915-ci ildə Hakkari, Vanda yaşayan asurilər(cilolar) Benyamin Marşimonun başçılığı etdiyi 140 nəfərlik seçilmiş silahlı atlı dəstə Güney Azərbaycana gəlir və burada məskunlaşırlar.Bu ərazinin yerli Türk sakinləri isə bu çağrılmamış qonaqlara qarşı öz qonaqpərvərliklərini əsirgəməmişdilər.Gəlmələr isə bunun əvəzində bu qayğıkeş Azərbaycan Türklərinə olan nifrətlərini gizlədə biləməmiş və onlara qarşı insanlığa sığmayan dəhşətli qətliamlar törətməşdilər.
İlk olaraq quldurlar 1917-ci ilin iyun ayında Urmunun Nazlı çayı sahilində olan Səfərqulu kəndi və onun ətraf kəndlərinin əhalisini vəhşicəsinə qətlə yetirib, var-dövlətlərini tamamən qarət etmişdilər.Onlar heç kimə rəhm etməmişdilər.Bu isə hələ başlanğıc idi. Hələ bu millət bilmirdi ki onları bundan da dəhşətli qətliamlar gözləyir.
1918-ci ilin martın 16-sı erməni-asurilərin (ciloların) başçısı B.Marşimon öz dəstəsi ilə birgə Güneyin Türkiyə sərhəddində yaşayan kürd əşirətinin ağası və sonralar Urmu, Səlmas, Xoy Türklərinin qatili İsmayıl ağa Simitko ilə birləşəmək məqsədi ilə, həmçinin Güney Azərbaycanın gələcəyi haqqında danışıqlar aparmaq üçün Köhnəşəhərə gedir.Aparılan danışıqlardan sonra Simitkonun əmri ilə Marşimon və dəstəsi iki nəfər xaric hamısı güllələnir.Simitko bu hadisə törətməklə bir güllə ilə iki dovşan vurmuş olur. Birincisi o, ən böyük rəqibini aradan götürür, digər tərəfdən isə erməni-asuri (cilo) quldurlarının əli ilə Azərbaycan Türklərini öz doğma torpaqlarında qətlə yetirib yurdlarını viran qoydurur. Təkcə bu cinayət 45 min nəfər Azərbaycan Türkünün ölümü ilə nəticələnir.
Erməni-asuri (cilo) quldurları öz başçılarının intiqamını kürdlərdən deyil, Azərbaycan Türklərindən almaq qərarına gəlirlər. Martın 17-sindən başlayaraq quldurlar 24 saat ərzində şəhərdə bütün evləri yandırdılar, qadın və qızlara təcavüz etdilər.Əllərindən gələn bütün pislikləri etdilər.Maraqlı burasıdır ki, erməni-asuri (cilo) birləşmələri Urmunu qarət edərkən öz ailələrini də gətirmişdilər ki, qarət də onlara kömək etsinlər. Beləliklə, 18 mart Azərbaycan Türk millətinin tarixinə daha bir vəhşi soyqrım da əlavə olundu. Həmən gün yalnız Urmuda 12-15 min Azərbaycan Türkündən ibarət südəmər körpədən tutmuş qoca qadına kimi hamını qırmışdılar. Bu cinayətlər haqqında Nəcəfqulu Pesyan belə yazırdı:"o zaman Urmu şəhərinin tanınmış və hörmətli əyyanlarından idi. O, şəhərdə qətliam getdiyi vaxt Amerika dini misionunun rəhbəri və sonrakı ABŞ dövlətinin Urmudakı konsulu Viliyam Şedlə görüşür və öz etirazını bildirərək şəhərdəki qətliamın qarşısını almağı istəyir.Şed isə tam etinasız və iyrənc bir formada deyir: qoyun siqaretimi rahat çəkim qurtarım sonra danışarıq." Bu qədər insanın taleyinə qarşı laqeydlik dözülməzdi........ Hələ bu azmış kimi papanın təmsilçisi Emil Sontaq bu qətliamın qarşısını aldığı vaxt Vilyam Şed ona qarşı çıxaraq deyir: "Urmu və Səlmas əhalisinin məhv edilməsi ilə assurilər (cilolar) birdəfəlik didərginlikdən qurtarıb bu bölgəni özlərinə vətən edə biləcəklər". (bax NƏcəfqulu Peysan və Xosro Mötəyəd Əz Səvad kuh ta burg.səh.189)
Qətil və qırğınlar hələ sona çatmamışdı.Onlar hələ başqa kəndləri də qırıb, oralara sahib çıxmaq istəyirdilər.Kəndlilər də onlara qarşı müqavimət göstərməyə çalışırdılar.Bu zaman Urmu gölünün kənarında yerləşən Ənzəl mahalının müqavimətinin başında xalq arasından çıxmış Kazım Xan Quşçu adlı bir nəfər dayanırdı.Onun hərakatının başlanğıcından biri də 1918-ci il 27 martda Petros ağa böyük ordu ilə Quşçu kəndi başda olmaqla Ənzəli mahalına hücum edərkən olmuşdu.Onlar qeyrətlə bu quduz düşmənə müqvimət göstərmişdilər,amma heç bir yerdən kömək almayan hərəkatçılar əlacsız qalıb kənd əhalisini kənddən uzaqlaşdırmışdılar və özəri də Qarabağ kəndinə getmişdilər.Lakin düşmən burada hücum çəkmişdi, burada da qeyri-bərabərlik özünü göstərmiş və əhalinin bir çoxu Göyərçin-Qalaya doğru qaçmışlar.Səlmasa gedən əhalini yolda daşnaqlar son nəfərinə kimi qırmışdılar.
Bundan sonra 12 aprel 1918-ci ildə asuri (cilo)-erməni birləşmələri ağır silah və toplarla Urmunun Qəhramanlı kəndinə hücuma keçirlər.Düşmənlə üzbəüz qalan kənd əhalisinin müqaviməti qırılır, düşmən kəndə daxil olur və əhalini sonuncu nəfərinə kimi qırır. Kənd tam ölü bir vəziyyətdə qalır.Bu kənddən sonra onlar aprelin 13-də Məngli kəndinə hücum edir, əhali müqavimət göstərir və düşmənə bir neçə ağır zərbə vurur, lakin düçmənin canlı qüvvəsi, və silahının çoxluğu sonda əhalinin qətliamına səbəb olur. Bundan sonra canilər 18 aprel də Əsgərabad kəndinə hücuma keçirlər. Bu kəndin möhkəm qala divarları var idi. 8 gün gecə-gündüz kəndin hər bir sakini düşmənə qarşı igidliklə müqavimət göstərir, onları kəndə daxil olmağa qoymurlar.9-cu gün düşmən kəndə daxil olur, məscidin toxunulmaz olduğunu düşünən insanlar buraya sığınırlar, ancaq buna baxmayaraq düşmən kənd əhalisindən elə bir intiqam alır ki, qələm belə bunu yazmaqda acizdi. Bu dəhşətdən qurtulan bir neçə şahid isə bu hadisəni belə təsvir edir: "qan məscidin içindən çay kimi axırdı".
Uzun sürən qanlı faciələrdən sonra 11 avqust 1918-ci ildə Osmanlı Türk ordusu Urmuya öz qardaşlarlarının xilasına gəlirlər.Bunu eşidən düşmənin 45 minlik ordusu Sulduz yolu ilə Sayın Qala və Tikan təpəyə doğru qaçmağa başlayır.Əgər Osmanlı ordusu Güneylilərin köməyinə gəlməsəydilər, bugün Güneydə bir nəfər də olsun Azərbaycan Türkü qalmayacaqdı.
Göründüyü kimi bugün Türkiyəyə etmədiyi bir soyqrımı qəbul etdirməyə çalışan erməni daşnaqlarının özlərinin törətdikləri faciələr saya gəlməzdi. Ermənilərin bizlərə qarşı törətdikləri vəhşiliklərini digər millətlərin nümayəndələri də etiraf edirlər. Məsələn Rus diplomarı general Mayevski "Ermənilərin törətdiyi kütləvi qırğınlar" kitabında ermənilərin Türk millətinə qarşı törətdiyi qırğınlardan geniş söhbər açır. Xocalı faciəsinin canlı şahidi olmuş fransalı jurnalist Yan İv Yunet yazır : "Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinlərinin-qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər".Bütün bunları biz yox ayrı-ayrı zamanlarda törədilmiş qırğınların canlı şahidləri olmuş qeyri türk millətinin nümayəndələri yazıblar. Dünya dövlətləri isə Azərbaycan Türkün bu faciələrinə göz yumur. Bugün dünyanın bir çox parlamentlərində oturub haqqı-ədalətdən danışan deputatlar əgər həqiqətəndə bütün haqqları tapdanmış bir xalqın haqqlarını müdafiə etmək istəyirlərsə, eləysə buyursunlar dünyada Azərbaycan Türkündən çox haqqı tapdalanan ikinci bir millət tapılmaz.O zaman bu xalqın haqqlarını müdafiə edin.
GUNSOY
Hiç yorum yok:
Yorum Gönder