Sadiq İsabeyli: Rejimin Güney Azərbaycan milli hərəkatına qarşı yönəlmiş şantaj kompaniyası baş tutmayacaq
1979-cu ildə iran adlanan ölkədə hakimiyyətə gələn Xomeyni insan hüquqları və demokratik prinsiplərə, islami dəyərlərin təməl prinsipi ilə ziddiyyət təşkil edən Vilayəti-fəqih nəzəriyyəsi adı altında öz “islam”ını yaratdı. Onun yaratdığı bu “islam” radikalizm, fanatizm kimi keyfiyyətlərlə silahlanmış müasir terror şəbəkələrinin nüvəsidir. Xomeyni ideologiyası ilə “yüklənmiş” bu nüvə bölgə və dünya ölkələrinə rejimin təzyiq silahıdır.Iran adlanan ölkədə hakimiyyətdə olan diktatura üsuli-idarəsi daxildə cəmiyyət və dini qurumlar arasında öz nüfuzunu itirməsinə baxmayaraq siyasətini hələ də bu ideologiya çərçivəsində yürüdür və terror xofunu yaradan terrorçu təşkilatları mənbəyi bilinməyən maddi vəsait hesabına maliyyələşdirərək onları koordinasiya edir. Həmçinin, belə bir totalitar rejimin iran adlanan ölkənin daxilində yaşayan millətlərə qarşı yönəlmiş anti-bəşəri siyasəti son 28 il ərzində göz qabağındadır. İnsan hüquq və azadlıqlarının kobud formada pozulduğu bu ölkədə şovinist fars molla rejimi orada yaşayan qyeri-fars millətlərin, xüsusilə də 35 milyon Güney Azərbaycan türkünün milli-mədəni, ictimai-siyasi hüquqlarını vəhşi və təhqiredici üsullarla boğmağdadır.
Islamın yaşam fəlsəfəsi mahiyyət etibarilə dünyada dinlər və millətlərarası sülhün və birlikdə yaşamasına xidmət edir və bu fəlsəfə Xomeyni ideologiyası əsasında aparılan fanatizm və terrorizmdən fərqlənir. Çox təəssüf ki, islam dini və onun elçisi ilə heç bir bağlılığı olmayan rejimə meylli bəzi radikal təəssübkeş qüvvələr Tanrının göstərdiyi qiblə əvəzinə Xomeyninin məzarına səcdə etməklə dinimizin dünyada mənfi təbliğinə zəmin yaradırlar. Son günlərdə Quzey Azərbaycanda İrana meylli qüvvələrin baş qaldırması, İslam dininin mahiyyətindən xəbərsiz olan bir kəsin işlətdiyi mənasız ifadələrə görə ona ölüm hökmünün çıxarılması, İranın dırnaqarası ayətullahları tərəfindən bu hökmün rəsmiləşdirilərək mükafatlandırılması və bütün bunların islam dini və onun peyğəmbəri həzrət Məhəmmədi himayə etmək adı altında baş verməsi sülhserər İslam dininə böyük bir ləkədir.
Bu məsələ ilə bağlı Güney Azərbaycanın başkəndi olan Təbrizdə İran hərbi birləşmələrinin bir qolu olan bəsicilərin vasitəsilə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş nümayişlər keçirilməsinin əsasında isə tamam başqa bir məqsəd dayanır.
Əslində bu nümayişlərin keçirilməsində məqsəd Güney Azərbaycan milli hərəkatına alternativ güc yaratmaq və milli hərəkatı şantaj etməkdən ibarətdir. Hakimiyyət tərəfindən hazırlanmış bu oyunlara baxmayaraq, rejim bilməlidir ki, Güney azərbaycan türkü öz milli qürur və iradəsini ortaya qoymaqla bu il may ayının 22 – də Güney Azərbaycan milli dirçəlişinin bünövrəsini qoydu. Bu milli dirçəliş həm rejimə, həm də dünyaya sübut etdi ki hakim rejimin basqılarına baxmayaraq , Güney Azərbaycan milli hərəkatı öz milli varlığına söykənərək milli haqlarını əldə edəcək.
GÜNEY AZƏRBAYCAN BEYNƏLXALQ FORUMU
ANALİTİK İNFORMASİYA MƏRKƏZİNİN
DİREKTORU SADİQ İSABƏYLİ
Hiç yorum yok:
Yorum Gönder