Guney Azərbaycan milli təskilatlari Fransa parlamentarilərinə etiraz edib. Bu barədə «Trend»ə Guney Azərbaycan Beynəlxalq Forumunun Koordinasiya Şurasının uzvu Sadiq Isabeyli bildirib.
Məlumatda bildirilib ki, Güney Azərbaycan Beynəlxalq Forumunun Koordinasiya Şurasının uzvləri etiraz məktubunu Fransa parlamentarilərinə göndəriblər. Eyni zamanda ayrı-ayrı şəxslər də bu kampaniyaya qoşulublar.
Etiraz məktubunda qondarma erməni soyqrımı ilə bağlı qanun layihəsinin Fransa parlamentində müzakirəsinin insan azadlıqlarına qarşı hörmətsizlik olduğu bildirilib. Məktubda Fransa parlamentarilərindən xahiş olunub ki, qanun layihəsinə səs verməsinlər.
Qeyd edək ki, Fransa parlamenti oktyabrın 11-12-də qondarma erməni soyqrımını tanımayan ölkə vətəndaşının cəzalandırılması ilə bağlı sənədi müzakirə edir.
Hiç yorum yok:
Yorum Gönder